Panama futbolçusu güllələndi

Panama futbolçusu güllələndi

Panama millisi və “Arabe Union” klubunun yarımmüdafiəçisi Amilkar Enrikes güllə yarasından həyatını itirib.

33 yaşlı futbolçu Sabanitas şəhərində yerləşən xəstəxanaya aparılsa da, həkimlər ona kömək edə bilməyiblər.

Panama Futbol Federasiyası Enrikesin ölümü ilə əlaqədar onun ailəsi və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Amilkar millidə 2005-ci ildə debüt edib. Sonuncu dəfə 2017-ci il martın 28-də ABŞ-a qarşı görüşdə meydana çıxıb.