Panama bayrağı altında “Asfalt Princess” tankeri BƏƏ sahillərində ələ keçirilib

Panama bayrağı altında hərəkət edən “Asfalt Princess” tankeri BƏƏ sahilləri yaxınlığımda Oman körfəzində ələ keçirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “Sky News” telekanalı təhlükəsizlik mənbələrinə istinadən xəbər verib.


Məlumata əsasən, təxminən doqquz silahlı şəxs Əmirliyin Haur-Fakkan şəhərindən Omanın Sohar limanına gedən gəmiyə daxil olaraq tankeri ələ keçirib.