Pakistanda qatarların toqquşması nəticəsində 25 nəfəri ölüb

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ən az 25 nəfər öldü.

AzerTimes-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi yerli polis və xilasetmə briqadalarına istinadən bildirib.

Məlumata əsasən, hadisə Sind vilayətinin Qotki şəhərinin ərazisində baş verib. Qatarlardan biri relsdən çıxdı, bundan sonra ikinci sərnişin qatarının üstünə çırpılıb.

Hazırda hadisənin səbəbləri barədə təfərrüatlar verilməyib.