Pakistanda leysan nəticəsində yaşayış evləri çöküb – 14 ölü

Xəbər - Orxan Nəbiyev – Trend:

Pakistanın şimal-qərbindəki Xayber əyalətində leysan yağıntıları bir neçə yaşayış evinin çökməsinə səbəb olub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb.

Həlak olanların böyük əksəriyyətinin qadın və uşaqlar olduğu deyilir. Qeyd olunur ki, bölgədə leysan iki günə yaxındır davam edir.


Fəlakət zonasına xilasedicilər və texnika göndərilib.