Pakistanda koronavirusa daha 1 599 yoluxma halı qeydə alınıb

Pakistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 599 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 544 813 nəfərə çatıb.


Bildirilir ki, son sutka koronavirusdan 34 nəfər ölüb, ölənlərin ümumi sayı 11 657 nəfər təşkil edir.