Pakistanda Ali Məhkəmə baş naziri işdən azad etdi

Pakistanda Ali Məhkəmə baş naziri işdən azad etdi

Pakistanın Ali məhkəməsi baş nazir Nəvəz Şərifin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Baş nazir korrupsiyada ittiham edilir və bir müddət idi bu barədə mətbuatda iddialar yer alırdı.

Qeyd edək ki, 2015-ci ildə “Panama Papers” Şərifin ailəsinin sərvəti və övladlarının ofşor şirkətləri barədə məlumatları yaymışdı.

Baş nazir iddiaları rədd etsə də, məhkəmənin 5 hakiminin qərarı ilə o vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Ali məhkəmənin hakimi Ecaz Əfzəl Xan bildirmişdi ki, Nəvəz Şərifin parlamentin üzvü olmağa mənəvi hüquq yoxdur.