Özəl tibb müəssisələrinə nəzarət gücləndirilməlidir – Ombudsman

Xəbər - Elçin Mehdiyev – Trend:

Özəl tibb müəssisələrinə nəzarət gücləndirilməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Ombudsman bildirib ki, özəl tibb müəssiələrində pasientlərlə bağlı müxtəlif problemlər müşahidə olunmaqdadır.

Onun sözlərinə görə, özəl tibb müəssisələrində müalicə, müayinə, profilaktika və digər işlərə nəzarət gücləndirilməlidir. Ombudsman həmçinin qeyd edib ki, “Pasientlərin hüquqları haqqında” qanunun qəbul edilməsi üzrə işlər sürətləndirilməlidir.

Teqlər: