Özbəkistan koronavirus vaksinlərinin verilməsinə görə Prezident İlham Əliyevə minnətdardır – Səfir

Xəbər - Nərgiz Sadıxova – Trend:

Özbəkistan koronavirus infeksiyasına qarşı 50 min doza vaksinin verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.

Bunu AzerTimes-a Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın vaksinlərin bütün ölkələrə ədalətli və bərabər paylanması üçün COVAX qlobal təşəbbüsünü dəstəkləməsi daha çox məmnunluq doğurur: “Bu təşəbbüsün reallaşdırılması çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistana 50 min doza vaksin çatdırıb. Bu paya görə özbək tərəfi Azərbaycan Prezidenti İlham Əliyevə və müvafiq dövlət strukturlarına minnətdardır”.

Səfir bildirib ki, bu, Azərbaycanın pandemiya ilə mübarizədə həmrəyliyinin, iki dövlət və xalq arasında əsl qardaşlığın nümunəsidir: “Xatırlatmaq istəyirəm ki, bu, pandemiya ilə mübarizədə ölkələrimiz arasında göstərilən ilk kömək deyil. 2020-ci ilin aprelində Özbəkistan və Azərbaycan tibbi avadanlıqların olduğu humanitar yükləri mübadilə edib”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: