Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib

Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib.

AzerTimes-ın məlumatına görə, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Məlumata görə, aprelin 19-dən 24-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 90,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Teqlər: