Ötən gün ölkədə 15 minə yaxın şəxsə vaksin vurulub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanda bu günə kimi 468 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir:

“Martın 17-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14,677 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib. “.

Teqlər: