Ötən gün ölkə ərazisində 21 yanğın olub, 3 nəfər xiulas edilib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ötən gün ölkə ərazisində 21 yanğın hadisəsi baş verib.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Naziriliyinin mətbuat xidmətindən bildiriblər. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib.

Teqlər: