Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Teqlər: