Ötən gün Azərbaycanda 5942 nəfərə koronavirus əleyhinə vaksin vurulub

Martın 13-də Azərbaycan Respublikasında 5942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Trend koronavirusinfo.az saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 453 min 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.


Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.

Teqlər: