Ötən gün Azərbaycanda 11 mindən çox şəxsə vaksin vurulub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanda bu günə kimi 458 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir:


“Martın 16-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11,295 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 462,951 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir”.

Teqlər: