Osmanlı imperiyasında heç kim xristian azlıqları məhv etməyib – Rus Pravoslav Kilsəsinin rəhbəri (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Osmanlı imperiyasında heç kim xristian azlıqları məhv etməyib.

AzerTimes-ın məlumatına görə, bunu Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill “Rossiya 24” telekanalına müsahibəsində deyib.

O bildirib ki, İslam dünyasında buna bənzər hadisələr olmayıb: “Məsələn, Osmanlı imperiyası. Orada xristian azlıqlar olub. Amma onları heç kim məhv etməyib. Dini icmalar arasında münasəbitlər tənzimlənib”.


Teqlər: