Ordumuz şəhid verdi

Ordumuz şəhid verdi

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi dəfn olunmaq üçün Qusar rayonuna gətirilib. Sultan Niyaz oğlu Şahvələdov Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn ediləcək.

sehid-sultan