OnePlus 5 – 8 GB RAM ilə

OnePlus 5 – 8 GB RAM ilə

Çinin OnePlus 5 smartfonu olduqca iddialı gəlir. Üst səviyyə xüsusiyyətlər təqdim etməyi ənənə halına gətirmiş olan OnePlus-un son modelindən yeni məlumatları sizlərə təqdim edirik.

OnePlus yeni modeli olan OnePlus 5 ilə yenə üst səviyyə xüsusiyyətlər təqdim etmək strategiyasından əl çəkməyəcək. OnePlus 5 smartfonunun təqdim edəcəyi xüsusiyyətlər haqqındakı son məlumatlar isə belədir.

Çində 4 rəqəmininpis şans mənasına gəlməsi, OnePlus-ın OnePlus 3T modeli sonrasında birbaşa OnePlus 5-ə keçməsinə səbəb oldu. Digər tərəfdən şirkət, ənənəsini pozmayaraq yenə üst səviyyə xüsusiyyətləriylə diqqət çəkməyi bacaracaq. Son iddialara görə OnePlus 5, yüksək daxili yaddaş həcmi təmin etmək üçün 8 GB RAM ilə birlikdə gələcək. Yəni bu, hazırda bazarda olan bir çox yeni flaqman modelinin 2 qatı qədər yaddaş deməkdir.

8 nüvə və Adreno 540 GPU-lu Qualcomm Snapdragon 835 prosessorundan gücünü alması gözlənilən OnePlus 5, bu ilin üst səviyyə smartfon telefonlarında görməyə öyrəşdiyimiz daha az çərçivə miqdarına sahib olacaq. Ekran keyfiyyəti olaraq 1440 x 2560-dan bəhs edilir, yəni artıq şirkət 1080 x 1920 keyfiyyətindən istifadə etməyəcək. Yenə son dövrdə dəb halına gəlmiş iki kamera quraşdırılması da bu model üçün gözlənilənlər arasındadır.

Bu ilin ikinci yarısında bazara çıxarılması gözlənilən OnePlus 5 smartfon telefon üçün təxmin edilən qiymət etiketi 500 dollardan aşağıdır.