Ombudsman Səbinə Əliyeva azərbaycanlı əsirlərə işgəncə verən ermənilərlə görüşüb

Xəbər - Samir Əli – AzerTimes:

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Yasamal rayon məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrıtıçyan və Alyoşa Xosrovyanyanla görüşüb.

Bu barədə AzerTimes-a açıqlamasında Səbinə Əliyeva məlumat verib.O bildirib ki, görüş zamanı təqsirləndirilən şəxslər saxlanma şəraitindən narazılıq etməyib:

“Biz dilindən, dinindən, milliyətindən və törətdiyi cinayətin ağırlığından asılı olmayaraq Azərbaycan ərazisində saxlanılan hər bir şəxslə görüşüb onlarla maraqlanırıq və nəzarətdə saxlayırıq. Bu gün də saxlanılan şəxslərlə görüşdüm və onlarla maraqlandım. Hər iki şəxs görüş zamanı bildirdi ki, onlarla saxlanma yerində qeyri-insani rəftar olunmayıb. Saxlanma şəraitləri də normaldır. Bildirdilər ki saxlanma şəraiti, rəftar, qidalanma və tibbi xidmətdən tam razıdırlar. Öz istəkləri ilə vəkillər və tərcüməçi ilə təmin olunublar. Heç bir şikayətləri olmadı. Təqsirləndirilən şəxslər hakimin suallarını da cavablandırarkən bildirdilər ki, ittihamlarla razıdırlar”.

S. Əliyeva deyib ki, o həmin şəxslərlə yanaşı Azərbaycanda saxlanılan digər ermənilərlə də görüşüb: “Biz həmin şəxslərlə də 3 dəfə görüşmüşük və onların da saxlanma şəraitini mütəmadi nəzarətdə saxlayırıq

Teqlər: