Ombudsman Məhərrəm İbrahimovun və Sirac Abışovun ailələrini ziyarət edib (FOTO)

Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun ailələrini ziyarət edib.

Bu barədə “Report”a Ombudsman Aparatından bildirilib.


S.Əliyeva həlak olanların ailələrinə başsağlığı verib və səbir diləyib.

Teqlər: