Ombudsman Aparatının əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

İƏT Ombudsmanlar Assosiasiyasına üzv ölkələrin ombudsman təsisatları arasında təcrübə mübadiləsi davam etdirilir. Azərbaycan Ombudsmanının da üzv olduğu Assosiasiyanın dəstəyi ilə layihənin növbəti təlim kursu İran Ombudsman İnstitutu tərəfindən təşkil olunub. Türkiyə, Pakistan, Mərakeşdən olan iştirakçıların qatıldığı onlayn tədbirdə Azərbaycan Ombudsman Aparatının əməkdaşları da iştirak ediblər.

Ombudsman Aparatından AzerTimes-ə bildirilib ki, onlayn təlimdə əvvəlcə iştirakçılara İranın Ali İnsan Hüquqları Şurasının nümayəndəsi tərəfindən insan hüquq və azadlıqlarının təmini, ölkədə həssas əhali qruplarının hüquqlarının müdafiəsi barədə məlumat verilib.


Qeyd etmək lazımdır ki, bir müddət öncə bu çərçivədə Azərbaycan Ombudsman təsisatı da İƏT ölkələri Ombudsman təsisatları üçün onlayn təlim təşkil edib. Həmin təlimdə Ombudsmanın 44 günlük Vətən müharibəsi dövründə həyata keçirdiyi faktaraşdırıcı missiyaları barədə də xüsusi təqdimat olub.

Teqlər: