Ölkəsinin sabiq prezidenti Saakaşvili Gürcüstana qayıdır

Ölkəsinin sabiq prezidenti Saakaşvili Gürcüstana qayıdır

Keçmiş Gürcüstan prezidenti və Odessanın qubernatoru olan Mixail Saakaşvili Ukraynaya qayıdır. Bu barədə o özü məlumat verib.    

Ukrayna vətəndaşlığından da məhrum edilən keçmiş dövlət başçısı Polşadan adıçəkilən ölkəyə gəldiyini elan edib. O, sərhəd Lvovun “Krakovets” keçid məntəqəsində olduğunu bildirib.

Saakaşvili prezident kimi səlahiyyət müddəti bitdikdən sonra 2013-cü ildə Gürcüstanı tərk edib. Bir müddət sonra Ukrayna prezidenti Petro Poroşenko tərəfindən o Odessa şəhərinin quberatoru təyin edilib. Lakin bir müddət sonra Poroşenko ilə aralarında yaranmış narazılıq fonunda o Ukraynanı da tərf etməli olub.

Öz ölkəsinin baş prokurorluğu Saakaşviliyə qarşı dövlət əmlakını mənimsəmə haqqında ittiham irəli sürüb və barəsində şifahi həbs qərarı verib. Gürcülər dəfələrlə Ukraynaya onun ekstradisiyası haqqında müarciət etsələr də tələbləri cavabsız qalıb. Rəsmi Kiyev bu barədə tələbin araşdırıldığını deyib.