Ölkədə biçin aparılacaq ərazilərdə GPS ilə növbəlilik sistemi tətbiq olunub (FOTO)

Xəbər - Samir Əli – Trend:

Ölkədə biçin aparılacaq ərazilərdə növbəlilik sistemi tətbiq olunub, kombaynlarda GPS sistemi quraşdırılıb.

Bunu AzerTimes-a açıqlamasında “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov verib. Onun sözlərinə görə, biçin prosesinin mütəşəkkil təşkili üçün “Aqroservis” Açıq Səhmadr Cəmiyyəti (ASC) tərəfindən bütün lazımi hazırlıq işləri aparılıb: ” Rayonların kombaynlara tələbatı əvvəldən müəyyənləşib, texnikalar tələbata uyğun biçin ərəfəsində rayonlara göndərilib, biçin getməyən rayonlardan aktiv biçin bölgəsinə əlavə kombaynlar dislokasiya edilib”.


ASC sədri bildirib ki, biçin prosesinin təşkili ilə əlaqədar “Aqroservis” ASC-də operativ qərargah fəaliyyət göstərir: “Biçin prosesinin aktivləşməsi ilə əlaqədar taxılbiçən kombaynlara olan tələbat gündəlik qaydada müəyyənləşdirilir və ehtiyatda olan kombaynlar ərazilərə dislokasiya eidlir. Hazırda biçin gedən rayonlarda “Aqroservis”in 484 kombaynı biçin prosesində iştirak edir. Bundan başqa, biçin zonasına digər rayonlardan 235 kombayn dislokasiya etmişik”.

Teqlər: