Ölkədə 450 mindən çox şəxs vaksinasiya olunub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanda bu günə kimi 450 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir:


“Martın 12-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9,221 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 450,316 nəfər peyvəndlənmə prosesində iştirak edib”.

Teqlər: