Oğuzda yeniyetmə qız intihar etdi

Oğuzda yeniyetmə qız intihar etdi

Oğuz rayonunda yeniyetmə qız özünü asaraq intihar edib.

Hadisə rayonun Zərrab kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Ülviyyə Bəxtiyar qızı Məmmədovanın meyiti səhər saatlarında yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə tapılıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.