Oğuzda 5 bal zəlzələ oldu

Oğuzda 5 bal zəlzələ oldu

Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda, yeraltı təkanların episentri Oğuz rayonu olduğu bildirilir. İlkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 10:15 qeydə alınıb.

Maqnitudası 4.5 olan təkanlar yerin 10 km dərinliyində baş verib.

Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Ətraf rayonlarda yaşayan əhalinin verdiyi məlumata görə, təkanlar bir neçə saniyə davam edib və əhali arasında təşviş yaradıb. Onlar evlərini tərk etməli olublar. Hər hansı dağıntı və ya təlafat barədə məlumat yoxdur.