Oğuzda 2 avtomobil toqquşdu, 3 nəfər yaralandı

Oğuzda 2 avtomobil toqquşdu, 3 nəfər yaralandı

Oğuzda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun Oğuz rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ-21015” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21011″in sürücüsü və digər maşında olan 2 sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan “Jiquli”nin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.