Nyu-Yorkda könüllü “vaksinasiya pasportları” tətbiq olunub

Nyo-York ABŞ-ın koronavirusa qarşı peyvənd olunmasını təsdiqləyən könüllü rəqəmsal sertifikatları tətbiq edən ilk ştatı oldu.

AzerTimes-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Endryu Kuomo öz “Twitter” səhifəsində bildirib.

E.Kuomo bildirib ki, sertifikatın adı “Excelsior Pass” olacaq. O, QR kodu şəklində istifadə ediləcək.

Bunu əldə etmək üçün tətbiqi “Apple App Store” və ya “Google Play Store”dan yükləmək lazımdır. Kodu, həmçinin xüsusi veb-saytda çap etmək mümkün olacaq.

Proqramda iştirak könüllüdür.