Nurməhəmmədovun qohumu Nəriman Abbasova məğlub oldu

“UFC” versiyası üzrə keçmiş dünya çempionu Həbib Nurməhəmmədovun qohumu Şamil Zavurov idman karyerasını başa vurur.

AzerTimes-ın məlumatına görə, bu barədə o, Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə keçirilən turnirdəki döyüşdən sonra jurnalistlərə bildirib.

Zavurov son görüşünün ilk raundda texniki nokautla azərbaycanlı Nəriman Abbasova uduzub.


“Bəli, karyeramı belə bitirirəm. Amma bir şey olmaz, bu gün Nəriman daha güclü idi”, – MMA döyüşçüsü Zavurov deyib.

Qeyd edək ki, 27 yaşlı N.Abbasov 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.

Teqlər: