Noyabr ayının qeyri-iş günləri ictimai nəqliyyat fəaliyyət göstərməyəcək

Noyabr ayının qeyri-iş günləri ictimai nəqliyyat fəaliyyət göstərməyəcək

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına əsasən qeyd olunan tarixlərdə ictimai nəqliyyat işləməyəcək:

– 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;
– 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;
– 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;
– 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;
– 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.