Norveçin baş naziri istefa verib

Xəbər - Orxan Nəbiyev – Trend:

Norveçin baş naziri Erna Sulberq vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, bu qərar sentyabrda keçirilmiş parlament seçkilərində hakim Mühafizəkarlar partiyasının məğlub olması ilə əlaqədar verilib.

Qeyd olunur ki, E.Sulberq istefa ərizəsini kral 5-ci Haralda təqdim edib.

Yaxın günlərdə kralın yeni hökumətin formalaşdırması üçün İşçi partiyasının lideri Yonas-Qar Störeyə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 13-də keçirilmiş parlament seçkilərində İşçi partiyası 26,4 faiz, Mühafizəkarlar partiyası 20,5 faiz səs toplamışdı.