“Nokia 9” smartfonunun ilk şəkilləri yayıldı

“Nokia 9” smartfonunun ilk şəkilləri yayıldı

Şəbəkədə “Nokia 9” flaqman smartfonunun ilk şəkilləri yayılıb.

Gözlənilir ki, cihaz yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.    

İstehsalçı yeni gücü ilə yenidən müasir texnikası ilə dünyanı fəth etməyə çalışır. Bunun üçün şirkət yeniliyi təqdim etməyə hazırlaşır. Belə ki, bu smartfon ikili kamera, minimal çərçivəli displeylə təchiz ediləcək. Smartfon həmçinin istifadəçini göz bəbəyi ilə tanıması funksiyasına malik olacaq.

Yeni cihaz “Android 8.0 Oreo” əməliyyat sistemi ilə idarə olunacaq ki, bu da cihazı alıcılar üçün daha da cəlbedici edəcək.

nokia9-real