Nizaminin qadın haqqında fikirləri bütöv fəlsəfi sistem kimi qəbul olunur – Sevil Mikayılova

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanda bu il qeyd olunan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı “Nizami Gəncəvinin 880 illiyi və onun dünya irsinə töhfəsi” mövzusunda onlayn konfrans keçirib.

AzerTimes-ın məlumatına görə, konfrans zamanı çıxış edən Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, Nizami Gəncəvi dünya ədəbiyyatının görkəmli şair və mütəfəkkirləri sırasına daxildir və onun irsi bütün dünyada şöhrət qazanıb.

S.Mikayılova qeyd edib ki, Nizaminin yüksək ümumbəşəri dəyərləri vurğulayan əsərləri bütün sərhədləri aşır və hər kəs tərəfindən qəbul edilir.

Deputat əlavə edib ki, böyük şair və filosof Nizami Gəncəvinin qadın haqqında öz dövrünü bir neçə əsr qabaqlamış fikirləri bütöv fəlsəfi sistem kimi qəbul olunur.

Qeyd edək ki, “Nizami Gəncəvinin 880 illiyi və onun dünya irsinə töhfəsi” konfransında Milli Məclisin deputatı Sevil Mikayılova, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının həmsədri, İsgəndəriyyə kitabxanasının sabiq direktoru, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldin, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Kembric Universitetinin Asiya və Yaxın Şərq araşdırmaları fakültəsinin Darvin kollecinin elmi işçisi və rəhbəri Kristin van Ruymbeke iştirak edir.

Teqlər: