Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. Bu il ölkəmizdə və dünyada Azərbaycanın böyük mütəfəkkiri, şair Nizami Gəncəvi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlər müzakirə olunub. Verilişin qonağı olan dünya şöhrətli fotoqraf Reza Deqati və proqrama videobağlantı vasitəsilə qoşulan amerikalı şərqşünas alim, Prinson Universitetinin professoru Maykl Barri mövzu ətrafında fikirlərini bildirib.

Qeyd olunub ki, dahi Nizaminin yubileyi ilə bağlı keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq.


“Hədəf” proqramına bütöv şəkildə “YouTube” kanalından da baxa bilərsiniz.

İnformasiya dəstəyi – Trend.az

Teqlər: