Nigeriyada təyyarə qəzaya uğrayıb

Nigeriyanın paytaxtı Abuci şəhərində təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, şahidlərin sözlərinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək tamamilə yanıb.

Qəza nəticəsində zərər çəkənlər barədə məlumat verilmir.

“Reuters” agentliyi öz növbəsində təyyarənin Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirir. Məlumata görə, təyyarə Abuci aeroportuna enməyə hazırlaşırmış.