Nigeriyada avtobus yük maşını ilə toqquşub, 11 nəfər ölüb

Nigeriyanın İlorin şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 11 nəfər həalk olub, 9 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, qəzaya səbəb sürət həddinin aşılması olub. Qəza ilə bağlı araşdırma aparılır.