Nigeriyada 300-dən çox məktəbli qaçırıldı

Xəbər - Orxan Nəbiyev – Trend:

Nigeriyanın şimalındakı Cangebe şəhərində silahlı şəxslər 300-dən çox məktəbli qızı qaçırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Zamfara ştatının qubernatorunun nümayəndəsi bildirib.

Hazırda məktəblilərin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.