Nigerdə ​​silahlı hücum nəticəsində ölənlərin sayı 137-yə yüksəlib

Silahlıların Nigerin şimal-qərbindəki kəndlərə hücumlarında ölənlərin sayı 137-yə çatıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, dünən yaraqlılar Nigerin bir neçə kəndinə hücum ediblər və dinc insanlara atəş açıblar.Hadisə Mali sərhəddinə yaxın üç kənddə baş verib.


Qeyd edilir ki, martın 15-də silahlı şəxslər Nigerin qərbindəki Tilaberi bölgəsində 58 mülki şəxsi öldürüblər.

Teqlər: