Niderlandda koronavirus test mərkəzində partlayış olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Niderlandın Bovenkarspel şəhərində koronavirus test mərkəzində partlayış olub.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli polis bildirib.

Partlayış nəticəsində binaya ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.


Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, binada boru partlayıb.