Neymar Messi’nin dünya rekordunu qırdı

Neymar Messi’nin dünya rekordunu qırdı

Braziliya yığmasının hücumçusu Neymar Argentina milli komandasının hücumçusu Lionel Messinin rekordunu qırıb.

Braziliyalı futbolçular 2022-dünya çempionatı üçün seçmə matçda Boliviya komandasını 5:0 hesabı ilə məğlub ediblər.

Neymar bu oyunda 18 uğurlu driblinqlə dünya üzrə ən yaxşı nəticə göstərib.

Beləliklə, hücumçu 2011-ci ildə Kolumbiya ilə oyunda 15 uğurlu driblinq həyata keçirən Messinin rekordunu qırıb.