“Neqsol Holding” və “Nobel Oil” Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak etmekde maraqlidirlar

Energetika naziri Pərviz Şahbazov “Neqsol Holding” şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və “Nobel Oil” şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib.


Energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: