Nəhayət film TV-yə çıxarılacaq

Nəhayət film TV-yə çıxarılacaq

İranlı rejissor Məcid Məcidinin İslam peyğəmbərindən bəhs edən “Həzrəti Məhəmməd – Allahın elçisi” filmi nəhayət ki, televiziyada göstəriləcək.

Filmi Türkiyədən yayımlayacaq ATV kanalı çərşənbə axşamı saat 21:00-da (Bakı vaxtı ilə 22:00-da) nümayiş etdirəcək.

Xatırladaq ki, çəkilişlərinə 2011-ci ildən başlanılan filmin istehsal prosesi kimi kinoteatrlarda nümayişi də qalmaqala səbəb olmuşdu.

İslam peyğəmbərinin vizual göründüyü film bəzi dindarların sərt etirazına səbəb olmuşdu.

Bütün maneələrə baxmayaraq film müxtəlif ölkələrdə, eyni zamanda Türkiyədə uğurla nümayiş olunub.