Neftçi futbolçusunu itirdi

Neftçi futbolçusunu itirdi

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Bu məlumatı komandanın baş məşqçisi Elxan Abdullayev verib.

Abdullayev bildirib ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.

İmamverdiyevin karyerasını hansı klubda davam etdirəcəyi də müəyyənləşib.

Belə ki, Cavid gələn mövsümdən “Sumqayıt”ın formasını geyinəcək. Məlumatı “gənclik şəhəri” təmsilçisinin baş meneceri Ceyhun Sultanov da təsdiqləyib. Onun sözlərinə görə, tərəflər arasında artıq ilkin razılıq əldə olunub.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Cavid İmamverdiyev bir müddət Türkiyənin “Elazığspor” klubunda da çıxış edib. O, Premyer Liqanın geridə qalan mövsümündə “ağ-qaralar”ın heyətində 19 oyun keçirib.