Neft-qaz sektoru 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artımını dəstəkləyəcək – Moody’s

Xəbər - Zeyni Cəfərov – Trend:

Azərbaycanda ümumi daxili məhsulun təxminən 45 faizi, ixracın 90 faizi, sənaye istehsalının 70 faizi və məcmu dövlət gəlirlərinin 60-70 faizi neft-qaz sektorunun payına düşür.

AzerTimes-ın məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda ÜDM-nin 3,5 faiz artımını iqtisadi fəallığın yüksəlməsivə pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyət tədbirlərinin yumşaldılması kimi müsbət təsirlərlə yanaşı, həmçinin OPEC+ sazişi çərçivəsində neft hasilatının gözlənilən artımı və Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya qaz ixracı da dəstəkləyəcək.


Hesabatda qeyd olunur ki, Azərbaycanın nəqliyyat-logistika sektoru regional analoqlarla müqayisədə infrastrukturun yüksək keyfiyyəti və digər istehsalçılardan neft və qaz tranzitindən gələn potensial gəlirlərdən səmərə əldə etsə də, bu sektor iqtisadi artıma təsir göstərə bilməsi üçün kifayət qədər böyük deyil.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: