Neft konfransında dava düşdü

Neft konfransında dava düşdü

Hazırda aralarında diplomatik qalmaqalın hökm sürdüyü Qətər və Ərəb ölkələri arasında olan daha bir dava-dalaş olduğu üzə çıxıb.

Qətər və Səudiyyə Ərəbistanı arasındakı davaya səbəb neftlə bağlı məsələlər olub.

Hadisə bu ilin mart ayında olub. Küveytdə keçirilən neftlə bağlı konfransda bir sıra ciddi məsələlər müzakirəyə çıxarılıb. Lakin sözləri çəp gələn iki ölkənin nümayəndələrinin davası konfransa damğa vurub.

Sillə, yumruqların, eləcə də ərəblərin geyimlərində istifadə etdikləri detalların da istifadə edildiyi davada üstünlüyü Qətər qazanıb.

Əlbəyaxa davaya görə konfrans növbəti ilə keçirilib.