Nazirlik I sinfə qəbulla bağlı sualları cavablandırmaq üçün onlayn xidmət yaradıb

“Virtual bələdçi” vasitəsilə I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.

AzerTimes-ın məlumatına görə, Təhsil Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib. Yeni xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərsiniz.

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Teqlər: