Nazir tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün vətəndaşlara müraciət edib

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün şəxsi gigiyena və təmizliyə riayət etmək, özünə və ətrafındakılara qarşı diqqətli davranmaq vacibdir.

AzerTimes-in məıumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, yeni dərs ili ənənəvi formada başlayır: “Bu gün açıqlanmış qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər və məktəbdənkənar müəssisələr həftədə beş dəfə olmaqla əyani tədrisə başlayacaq.

Ali, orta ixtisas və peşə təhsili müəssisələrində isə tədris 29 sentyabrdan etibarən əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək”.

Twitter: @ElchinMehdiyev


Teqlər: