“Saqqal qadağan edilsin !”

“Saqqal qadağan edilsin !”

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev ölkəsində gənc oğlanların saqqal saxlamasını qadağan edən qanun layihəsi təklif edib.

Nazarbayev ölkənin dini lideri ilə görüş zamanı məsələni müzakirə edib. O, gənc oğlanların saqqal saxlaması ilə yanaşı, qısa şalvarlarına və gənc qızların bütünlüklə qaraya bürünməsinə də qarşı çıxıb.

N.Nazarbayev bildirib ki, saqqal və qısa şalvar Qazaxıstan adətlərində yoxdur: “Gənclərimiz saqqal buraxır və şalvarlarının ayaqlarını kəsirlər. Bu da savadsızlığın nəticəsidir. Özünü bütünlüklə qaraya bürüyən qızlarımızın sayı artır. Bu, bizim adətlərimizə ziddir. Qazaxıstan xalqı ancaq yaslarda qara geyinir”.