Naxçıvanski-Süleymanov küçələri kəsişməsində elektrik şitində yanğın oldu

Naxçıvanski-Süleymanov küçələri kəsişməsində elektrik şitində yanğın oldu

Bakı şəhərinin Nizami rayonunun Cəmşid Naxçıvanski və Elşən Süleymanov kəsişməsində, Qaçqın və Məcburi köçkünlərin yerləşdiyi gecəqondu həyət evləri ilə yeni tikili bina arasında olan elektrik şiti alovlanaraq yanmağa başlayıb.

Hadisə bu gün saat 23:51 radələrində başlayıb və 5 dəqiqə ərzində FHN Nizami rayon DYMX-nin 26 nömrəli bölmənin ekipajı tərəfindən yanğın yerinə cəld yetisməjlə, yerindəcə yanğının qarşısı alınıb.

Azərişıq Nizami rayon əməkdaşları sayğac şitinə gedən bütün elektrik mənbəsini dayandırdılar.

naxcivanski-suleymanov-yangin

Qeyd edək ki, Yarımçıq tikili deyilən 2 binanın ətrafında tikilən həyət evlərinə elektrik naqilləri və su təchizatı düzgün və təhlükəsiz şəkildə quraşdırılmayıb.