Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib. Toplantıda əsas diqqət Naxçıvan Qarnizonun birləşmə və hissələrinin bölmələrində döyüş və döyüş hazırlığı üzrə məşğələ və təlimlərin vahid metodika üzrə keçirilməsində zabitlərin metodik hazırlıqlarının yüksəldilməsinə yönəldilib.

Müdafiə Nazirliyindən AzerTimes-ə verilən məlumata görə, toplantı zamanı bölük və tabor taktiki qruplarının ərazidə fəaliyyəti, səfər, döyüşqabağı və döyüş düzülüşlərində hərəkəti, irəliləməsi və açılması mövzusunda müxtəlif variantlarda göstərici məşğələlər keçirilib.

Nümayiş, göstərici, taktiki-sıra və taktiki təlimlərdə komandirlərin və qərargahların bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsəsdilə praktiki fəaliyyətlərə daha çox diqqət ayrılıb.


Toplantının sonunda zabitlərin hərbi topoqrafiya, taktiki və fiziki hazırlıq üzrə bilik və bacarıq səviyyələri yoxlanılıb.

Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.

Teqlər: