Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (VİDEO)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks-hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə məşğələlər taktiki və taktiki-sıra formasında keçirilib. Məşğələlərin keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizodları üzrə bölmələrin fəaliyyəti göstərilib.

Birləşmənin Təlim-Tədris Mərkəzində keçirilən yekunda zabitlərin hazırlığının əsasını müstəqil hazırlıq təşkil etdiyi bildirilərək hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.

Teqlər: